Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala məktəbliləri ulu öndər Heydər Əliyevin irsini öyrənirlər

06 dekabr 2018 | 16:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının on beşinci ildönümü ilə əlaqədar Zaqatala məktəblilərinin rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinə ekskursiyaları başlanıb. Əsas məqsəd Ulu Öndərin zəngin irsinin daha dərindən öyrənilməsinə və təbliğ edilməsinə nail olmaqdır.

Məktəblilər əvvəlcə ekspozisiya zalında dahi rəhbərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinə həsr edilən sərgi və guşələrlə yaxından tanış olurlar. Sonra Mərkəzdə məktəblilər üçün açıq tarix dərsləri təşkil edilir. Dərs prosesində şagirdlərə Ulu Öndərin dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsindəki tarixi xidmətləri barədə ətraflı məlumat verilir.

Ekskursiya zamanı məktəblilər, həmçinin Mərkəzin kinozalında Heydər Əliyevə həsr olunan “Dahi şəxsiyyət və qüdrətli lider” sənədli filminə baxır, burada fəaliyyət göstərən elektron kitabxana, bədii qiraət, rəqs, toxuculuq, xarici dil və digər dərnəklərin işi ilə yaxından tanış olurlar.

Məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları dekabrın 13-dək davam edəcək.

Keçidlər