Şriftin ölçüsü :

Saytın rəngi :

Çindən gətiriləcək tut tinglərinin 70 min ədədi Zaqatala rayonu ərazisində əkiləcək

03 dekabr 2018 | 16:00

Yeni tut bağlarının salınması məqsədilə yaxın günlərdə Çindən ölkəmizə gətiriləcək 1 milyon ədəd tut tingindən 70 mininin Zaqatala rayonu ərazisində əkilməsi nəzərdə tutulub.

Tinglərin əkini üçün rayonun qəsəbə və kəndlərində bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələri müəyyənləşdirilib.

Bundan əlavə, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə payız mövsümündə rayon ərazisində 130 min ədəd yerli tut tinginin əkilməsi də nəzərdə tutulur. Artıq bu istiqamətdə işlərə də başlanılıb və qısa müddətdə 65 min ədəd tut tinginin əkilməsi təmin olunub.

Qeyd edək ki, baramaçılığın inkişaf etdirilməsi və gələcəkdə yaş barama istehsalının artırılması məqsədilə 2016-2017-ci illərdə rayon ərazisində 276 min ədəd tut tingi əkilib. Bunun 213 min ədədini Çindən gətirilən tinglər təşkil edib.

Keçidlər