Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyasına Zaqatala məktəbliləri də böyük həvəslə qoşulublar.

18 noyabr 2018 | 16:00

“Ölkəmizi tanıyaq” tur-aksiyasına Zaqatala məktəbliləri də böyük həvəslə qoşulublar.

Lənkəran-Masallı-Astara istiqamətində ekskursiyaya yollanan məktəblilərlə bir gün əvvəl Heydər Əliyev Mərkəzində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə artıq beşinci ildir uğurla davam edən tur-aksiyaların yeniyetmə və gənclərin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına, onların dünyagörüşünün daha da zənginləşməsinə böyük töhfə verdiyini vurğulayıb. Bildirilib ki, ölkəmizin tarixini, mədəniyyətini, müstəqillik illərində qazanılan nailiyyətləri dərindən öyrənmək məqsədi daşıyan bu layihə yetişməkdə olan gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına verilən böyük önəmin bariz nümunəsidir.

Bildirilib ki, məktəblilərin səfər edəcəyi Lənkəran, Astara və Masallı rayonları da Zaqatala rayonu kimi, ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur. Cənub bölgəsi sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. Son illər ölkənin digər regionları kimi, cənub bölgəsində də müasir mehmanxana və sağlamlıq komplekslərinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, ölkəyə gələn turistlərin sayının artmasına da böyük təkan verir.

Noyabrın 18-də səhər saatlarında Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında böyük qələbəlik var idi. Lənkəran-Masallı-Astara marşrutu üzrə ekskursiyaya çıxan məktəbliləri yola salmaq üçün Mərkəzin qarşısına toplaşan rayonun rəhbər işçiləri, müəllim və valideynlər şagirdlərə tövsiyələrini verirdilər.

Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Rayon rəhbərliyinin, müəllim və valideynlərin xeyir-duasından sonra məktəblilər Lənkəran istiqamətində yola çıxıblar.

Keçidlər