Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalanın Mazıx kəndində uşaq bağçası əsaslı təmir olunub

14 noyabr 2018 | 16:00

Zaqatala rayonunun Mazıx kəndindəki uşaq bağçası əsaslı təmirdən sonra yenidən balaca fidanların istifadəsinə verilib.

Uşaq bağçasının binası uzun illər istismarda olduğundan yararsız vəziyyətə düşmüşdü. İyirmi yerlik bir qruplu uşaq bağçasında əsaslı təmir işləri rayonun daxili imkanları hesabına aparılıb. Uşaq bağçası zəruri inventar və avadanlıqla, həmçinin yumşaq yataq dəsti, otaq və mətbəx mebelləri ilə təmin olunub.

Rayon rəhbərliyi tərəfindən uşaq bağçasına keçirilən baxış zamanı valideynlər övladları üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ölkəmizdə uşaqlara göstərilən yüksək dövlət qayğısından danışıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bilavasitə diqqət və qayğısı sayəsində Azərbaycanda uşaqların qayğısız və firavan böyümələri, sağlamlıqlarının qorunması, təhsili, təlim-tərbiyəsi sahəsində davamlı tədbirlər həyata keçirilir. Yeni məktəb binalarının, uşaq bağçalarının istifadəyə verilməsi gələcəyimiz olan uşaqlara diqqət və qayğının bariz nümunəsidir.

Sonra uşaq bağçasında yaradılan şəraitlə tanışlıq olub.

Keçidlər