Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Zaqatalada xurma istehsalının 6 min tona çatacağı proqnozlaşdırılır

26 oktyabr 2018 | 16:00

Zaqatala rayonunun xurma bağlarında məhsul yığımına başlanılıb. Builki mövsümdə rayonda xurma istehsalının 6 min tona çatacağı proqnozlaşdırılır.

Hazırda rayonda mövcud xurma bağlarının ümumi sahəsi 385 hektardır. Bu bağların 320 hektarı barverəndir. Ötən il xurma bağlarından 5 min 521 ton məhsul tədarük olunub. Rayonda istehsal olunan xurmanın böyük hissəsi satış üçün Rusiya bazarlarına ixrac edilir.

Son illər rayonda yeni xurma bağlarının salınmasına diqqət artıb. Yeni bağlar salınarkən daha çox “Şişburun” xurma sortuna üstünlük verilir.

Keçidlər