Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı fermerlər qəbul məntəqəsinə 4345 ton yaşıl tütün təhvil veriblər

10 oktyabr 2018 | 16:00

Cari mövsümdə Zaqatala rayonunun təsərrüfatlarında 542,4 hektar sahədə “Virciniya” növlü ətirli, 207,9 hektar sahədə isə yerli tütün sortları yetişdirilib. Havaların əlverişli keçməsi nəticəsində bu il tütün sahələrində məhsul boldur. Hazırda təsərrüfatlarda tütün yığımı sürətlə davam etdirilir. Zaqatalalı fermerlər mövsümün əvvəlindən indiyədək rayonun Aşağı Tala kəndinin ərazisində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə 4 min 345 ton “Virciniya” növlü yaşıl tütün təhvil veriblər. Eyni zamanda, indiyədək bu emal məntəqəsində 443 ton quru tütün istehsal olunub.

Hər gün məntəqəyə 50-55 ton yaşıl tütün kütləsi daxil olur. Hazırda məntəqədə olan 56 ədəd odla tütünqurutma kamerasının hamısı işlək vəziyyətdədir. Yaşıl tütünün bir kiloqramının satış qiyməti birinci növ üçün 25, ikinci növ üçün 17, üçüncü növ üçün isə 10 qəpikdir.

 

Keçidlər