Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı kümçülər qəbul məntəqəsinə 46 tondan çox yaş barama təhvil veriblər

21 iyun 2018 | 16:00

Zaqatala rayonunda barama tədarükü yekunlaşmaq üzrədir. İstehsalçılar bu günədək qəbul məntəqəsinə 46 ton 246 kiloqram yaş barama təhvil veriblər.

Cari mövsümdə Zaqatala rayonunda barama yetişdirmək üçün 247 kümçü ailəsi ilə müqavilə bağlanılıb, onlara 988 qutu, yəni 18 kiloqram 772 qram ipəkqurdu paylanılıb. Əliabad qəsəbəsinin sakini Eyvaz Babayev indiyədək qəbul məntəqəsinə rayon üzrə hamıdan çox – 860 kiloqram yaş barama təhvil verib. İstehsalçı cari mövsümdə 250 qram ipəkqurdu bəsləyib. Göyəm kəndindən Mehman Hacıyev builki mövsümdə 683 kiloqram, Cəmil Muradov 553 kiloqram, Yengiyan kəndindən Orxan Rzayev 651 kiloqram, Zəyəm kəndindən Qurban Muradov 422 kiloqram yaş barama istehsal ediblər.

Hazırda rayonda istehsalçılardan barama tədarükü davam edir.

Xatırladaq ki, ötən il Zaqatalada 21,4 ton yaş barama istehsal olunub.

Keçidlər