Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala taxılçıları hər hektardan 27 sentner məhsul götürürlər

16 iyun 2018 | 16:00

Cari mövsümdə Zaqatala rayonunda 10 min 933 hektarda taxıl yetişdirilib. Taxıl əkinlərinin 7 min 581 hektarını buğda, 3 min 352 hektarını arpa sahələri təşkil edir. Rayonun təsərrüfatlarında bir neçə gündür arpa biçininə başlanılıb. Qısa müddətdə 1000 hektardan çox sahənin məhsulu yığılıb, zəmilərdən 2 min 786 ton arpa tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 27 sentner təşkil edir.

Hazırda sahələrdə 20 ədəd taxılbiçən kombayn işləyir. Zərurət yaranarsa, biçinə əlavə kombaynlar da cəlb olunacaq.

Rayonda barama tədarükü də davam edir. Istehsalçılar bu günədək qəbul məntəqəsinə 25,5 tona yaxın yaş barama təhvil veriblər. Cari mövsümdə rayonda barama istehsalının 40 tondan çox olacağı gözlənilir.

Keçidlər