Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq festival çərçivəsində Qax teatrı zaqatalalı uşaqlara tamaşa hədiyyə edib

17 may 2018 | 16:00

“Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalının milli proqramı çərçivəsində Qax Dövlət Kukla Teatrı mayın 17-də Zaqatala rayon Mədəniyyət Mərkəzində uşaqlara Tofiq Kərimin “Quyruqsuz ulağın sərgüzəştləri” tamaşasını təqdim edib.

Tamaşadan əvvəl teatrın direktoru Nazim Mahmudov Şəkidə keçirilən Beynəlxalq Teatr Festivalı barədə məlumat verib. Diqqətə çatdırılıb ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində reallaşan festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr olunub. İki istiqamət – milli və beynəlxalq mərhələdə keçirilən festivalda ölkəmizin teatrları ilə yanaşı, İran, Gürcüstan, Kolumbiya və Rusiyanın tanınmış teatr kollektivləri də iştirak edirlər.

Qax teatrının təqdim etdiyi tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Yusif Abdurahmanov, quruluşçu rəssamı Mayis Abdullayevdir. Tamaşada rolları Araz Mehrablı, Azər Kərimov, Afət Yaqubova, Aynurə Abbasova və başqaları ifa ediblər.

Keçidlər