Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Zaqatalada 14 min hektara yaxın sahədə yazlıq bitkilər əkiləcək

10 mart 2018 | 16:00

Zaqatala rayonunun təsərrüfatlarında yaz-tarla işlərinə başlanılıb. Cari ildə rayonda 14 min hektara yaxın sahədə yazlıq bitkilərin əkini proqnozlaşdırılır. Qısa müddətdə ailə-fermer təsərrüfatlarında 2 min hektardan çox sahədə yazlıq bitkilərin əkini aparılıb və bu iş davam etdirilir.

Qurumdan bildiriblər ki, məhsul istehsalçıları bu günədək 650 hektar sahədə kartof, 826 hektarda tərəvəz əkib, 692 hektarda yonca səpiblər.

Təsərrüfatlarda, eyni zamanda, tütün əkininə hazırlıq işləri də davam etdirilir. Tütün şitillərinin yetişdirilməsi məqsədilə fermerlər tərəfindən ümumi sahəsi 4445 kvadratmetr olan sadə istixanalar hazırlanaraq toxum səpilib. Şitillər aprelin axırlarında sahələrə köçürüləcək.

Keçidlər