Şriftin ölçüsü :

Saytın rəngi :

“ASAN məktub” layihəsi çərçivəsində Zaqataladan olan 64 uşağın arzusu reallaşıb

28 dekabr 2017 | 16:00

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində “ASAN məktub” layihəsi çərçivəsində Zaqatala rayonunda aztəminatlı ailələrdən olan 64 uşağın istək və arzusu reallaşıb.

Dekabrın 28-də Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və “ASAN Könüllüləri” təşkilatının dəstəyi ilə uşaqların arzuladıqları hədiyyələr onlara çatdırılıb.

Xatırladaq ki, 2015-ci ildən etibarən reallaşan bu layihənin əsas məqsədi həssas qruplara aid uşaqlara sevinc bəxş etmək, ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətdə uşaqlara qayğı hissini daha da artırmaqdır. Layihə çərçivəsində sosial qayğıya ehtiyacı olan uşaqlar məktubla internet vasitəsilə öz istək və arzularını bildirirlər. Onların yazdıqları məktublara xeyirxah insanlar tərəfindən münasibət bildirilir və uşaqlar arzuladıqları hədiyyələri əldə edirlər.

Keçidlər