Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada əlamətdar bayramlar qeyd olunub

10 noyabr 2017 | 16:00

Əlamətdar günlər - 9 Noyabr – Dövlət Bayrağı, 12 Noyabr – Konstitusiya və 17 Noyabr – Milli Dirçəliş günləri Zaqatala rayonunda silsilə tədbirlərlə qeyd olunub.

Zaqatala şəhərində keçirilən ümumrayon tədbirinin iştirakçıları əvvəlcə ulu öndərin Heydər Parkında ucaldılan abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Bayraq meydanında keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, müstəqillik illərində ölkəmizin qazandığı uğurlardan danışıb. Vurğulanıb ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra başımızın üstündə dalğalanan üçrəngli bayraq milli suverenliyimizin rəmzidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Bildirilib ki, ilk milli Konstitusiyanın qəbulundan ötən 22 ildə Azərbaycanda insan hüquq və azadlıqları tam bərqərar olub, demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük uğurlar qazanılıb, mühüm qanunvericilik aktları qəbul olunub.

Çıxışlarda Azərbaycan Konstitusiyasının beynəlxalq hüquq normalarına uyğun, insan hüquq və azadlıqlarına geniş yer ayıran və dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edən mükəmməl normativ-hüquqi sənəd olduğu vurğulanıb. Qeyd edilib ki, ümumbəşəri və demokratik dəyərlərə əsaslanan yeni Konstitusiyada hüquqi dövlətin əsas prinsiplərindən olan hakimiyyət bölgüsü, beynəlxalq hüquqi sənədlərdə və konvensiyalarda əksini tapan bütün hüquq və azadlıqların təminatı prinsipləri, həmçinin cəmiyyət həyatının ən önəmli məsələləri geniş əksini tapıb.

Diqqətə çatdırılıb ki, 1988-ci ilin noyabr hadisələri xalqımızın milli azadlıq hərəkatında mühüm mərhələ kimi qiymətləndirilir. Noyabrın 17-dən başlanan hadisələr xalqımızın tarixinə milli şüurun oyanışı və dirçəlişi kimi daxil olub.

Tədbirin sonunda YAP sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Keçidlər