Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala tütün istehsalı və emalı məntəqəsi fermerlərdən tütün qəbuluna başlayıb

26 iyun 2017 | 16:00

“İnter-Tobacco” MMC-nin Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsi istehsalçılardan yaşıl tütün yarpağının qəbuluna başlayıb. İlk gündə məntəqəyə Balakən və Zaqatala rayonlarının təsərrüfatlarından 10 tona yaxın yaşıl tütün kütləsi daxil olub. Emal məntəqəsinə cari mövsümün ilk tütün məhsulunu Zaqatala rayonunun Maqov kəndindən Ömər Əhmədov və Balakən rayonunun Püştətala kəndindən Şamsu Bayramova təhvil veriblər.   Tütünün qurudulması üçün məntəqədə 56 ədəd odla tütünqurutma kamerası quraşdırılıb. Hazırda bu kameraların hamısı mövsümə tam hazır vəziyyətdədir. Hər kamera bir dəfəyə 8 ton yaş tütün qəbul edir və tütünün qurudulması prosesi 6-7 gün çəkir.

Keçidlər