Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalanın iki kəndində modul tipli məktəb binaları quraşdırılacaq

27 aprel 2017 | 16:00

Zaqatala rayonunda azkomplektli və qəzalı vəziyyətdə olan iki kənd məktəbi üçün modul tipli binaların quraşdırılması nəzərdə tutulub. Rayonun ucqar yaşayış məntəqələrindən olan Uzun Qazmalar kəndində artıq ümumi orta məktəb üçün 5 sinif otağından ibarət modul tipli binanın quraşdırılmasına başlanılıb. Yaxın günlərdə Höytala kəndindəki ümumi orta məktəb üçün də modul tipli bina quraşdırılacaq. Modul tipli məktəblərin üstünlüklərinə toxunan şöbə müdiri bildirib ki, belə məktəblər azməsrəfli olması, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılması ilə fərqlənir.

Hər iki məktəb binası yeni dərs ilində qapılarını şagird və müəllimlərin üzünə açacaq.

Keçidlər