Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada 60-a yaxın rayon sakininə əmlaklarına dair çıxarışlar təqdim olunub

21 aprel 2017 | 16:00

“Kütləvi çıxarış” kampaniyası aprelin 21-də Zaqatala rayonu və onun bir neçə kəndində keçirilib. Kampaniya nəticəsində 60-a yaxın rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Kampaniya çərçivəsində mobil ofislərə müraciət edən 50-dən çox sakindən isə öz əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib.  Əmlak Məsələləri Dövlət Komitəsi “Kütləvi çıxarış” kampaniyasını kənd təsərrüfatı ilə məşğul olunan sahələrdə, birbaşa kəndlilərin işlədikləri tarlalarda, əkin-biçin yerlərində də keçirir. Kampaniya vətəndaşların vaxtlarını daha səmərəli planlaşdırmağa, əmlaklarına sənəd almaq üçün əlavə ünvanlara getmədən qeydiyyat xidmətlərindən yararlanmağa şərait yaradıb. Sakinlər sənədləşdirmənin belə sürətli və rahat şəkildə olmasından, xidmətlərin onların ünvanına çatdırılmasından və göstərilən müxtəlif növ qeydiyyat xidmətlərindən razılıqlarını ifadə ediblər.

Kampaniya çərçivəsində daşınmaz əmlaklarına çıxarış almaq üçün müraciət edən, lakin ilkin sənədləri qaydasında olmayan və çatışmazlıqlar olan bir qrup kənd sakininə hüquqi yardım xidmətləri də göstərilib. Sənədlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qaydaya salınması və çatışmayan sənədlərin müvafiq icra hakimiyyəti orqanlarından alınması ilə bağlı hüquqi məsləhətlər verilib. Vətəndaşlar komitə əməkdaşları tərəfindən xidmət haqqı və dövlət rüsumunu əvvəlcədən öyrənməyə imkan verən “Daşınmaz əmlakın qeydiyyatı” kalkulyatoru barədə məlumatlandırılıblar. Məbləğin əvvəlcədən dəqiq bilinməsi isə sənədləşdirmə işi üçün zəruri xərcləri dəqiq planlaşdırmağı təmin edir, vətəndaş məmur münasibətlərini minimuma endirir.

Keçidlər