Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada Ulu Öndərə həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb

01 may 2017 | 16:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Zaqatala rayonunun məktəbliləri arasında keçirilən “Ürəklərdə yaşayan ömür” adlı şeir və mahnı müsabiqəsinə yekun vurulub. Mayın 1-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində müsabiqənin final mərhələsi olub. Müsabiqənin yekun turunda rayonun 70-dək ümumtəhsil məktəbindən seçilmiş ən yaxşı ifaçılar iştirak ediblər. Müsabiqə iştirakçılarının ifaları Heydər Əliyev Mərkəzinin, rayon təhsil şöbəsi və uşaq incəsənət məktəbi müəllimlərinin daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib. Fərqlənən ifaçılar təşkilatçılar tərəfindən diplom və medallarla mükafatlandırılıblar.

Keçidlər