Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı sahibkarlar məhsul ixracından 105,8 milyon manat gəlir əldə ediblər

15 fevral 2017 | 16:00

2016-cı ildə Zaqatala rayonunun sahibkarları tütün, fındıq və digər növ məhsulların ixracından 105,8 milyon manat gəlir əldə ediblər. Məhsul ixracı əvvəlki illə müqayisədə 51,4 milyon manat artıb.

Ən çox gəlir fındıq ixracından əldə olunub. Belə ki, ötən il rayondan 91,1 milyon manat dəyərində fındıq ixrac olunub. Bu, əvvəlki illə müqayisədə 44,8 milyon manat çoxdur. İxrac olunan fındığın həcmi əvvəlki illə müqayisədə 1725 ton artaraq 7166 ton təşkil edib.

2016-cı ildə Zaqatala rayonunda tütün ixracından isə 11,9 milyon manat gəlir əldə olunub. Bir il əvvəl bu göstərici 7 milyon manat olub. Keçən il rayondan xaricə 1946 ton quru tütün ixrac edilib. Tütün ixracı əvvəlki ilə nisbətən 263 ton artıb.

Bundan əlavə, 2016-cı ildə rayondan 1,3 milyon manat dəyərində 555 min 100 ədəd dəri, həmçinin 1,5 milyon manatlıq digər məhsullar ixrac olunub.

Keçidlər