Şriftin ölçüsü :

Saytın rəngi :

Payız aylarında Zaqatalada 2560 hektar sahədə yeni fındıq bağları salınıb

06 yanvar 2017 | 16:00

Azərbaycan Prezidenti İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə Zaqatala rayonunda yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur və bu sahəyə maraq ildən-ilə artır. Təkcə ötən ilin payız mövsümündə rayon ərazisində 2 min 560 hektar sahədə yeni fındıq bağları salınıb.

Son illər köhnə fındıq bağlarının bərpası və yenilərinin salınması nəticəsində Zaqatala rayonunda mövcud fındıq bağlarının ümumi sahəsi 6 min 847 hektar artırılaraq 16 min 419 hektara çatdırılıb. Bu bağların 9 min 15 hektarı barverəndir. 2016-cı ildə fındıq bağlarından 9 min tona yaxın məhsul tədarük olunub. Ötən il bazarlarda fındığın bir kiloqramının satış qiyməti 5 manat ətrafında dəyişib.

Keçidlər