Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala taxılçıları payız səpinini başa çatdırıblar

26 dekabr 2016 | 16:00

Zaqatala rayonunun təsərrüfatlarında 2017-ci ilin mövsümü üçün payızlıq taxıl səpini başa çatıb. Kampaniya dövründə fermerlər 10 min 811 hektar sahəyə toxum səpiblər.

Taxıl əkinlərinin 7 min 465 hektarını buğda, 3 min 346 hektarını isə arpa sahələri təşkil edir.

Xatırladaq ki, zaqatalalı fermerlər builki mövsümdə taxıl sahələrindən 38 min tona yaxın məhsul götürüblər.

Keçidlər