Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalılar qanvermə aksiyasında fəal iştirak edirlər

16 sentyabr 2016 | 16:00

Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq sentyabrın 16-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasında keçirilən qanvermə aksiyasında rayonun ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, dindarlar, rayon sakinləri fəallıq göstərirlər.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının səyyar həkim briqadası tərəfindən həyata keçirilən aksiya zamanı günorta saatlarınadək artıq 100-ə yaxın könüllü qan verib. Gün ərzində davam edəcək aksiya zamanı toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək.

Davamlı olaraq keçirilən bu xeyirxah aksiyanın əsas məqsədi talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək etmək, onlara dəstək olmaqdır.

Keçidlər