Şriftin ölçüsü :

Saytın rəngi :

Dilimiz mənəvi sərvətimizdir

01 avqust 2016 | 16:00

Azərbaycan dili xalqımızın milli mənəvi sərvəti olmaqla bərabər, eyni zamanda, dövlət müstəqilliyimizin əsas rəmzidir. Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.

Bu fikir 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Zaqatalada keçirilən tədbirdə səsləndirilib.

Mərkəzi kitabxananın təşkilatçılığı ilə Zaqatala şəhərindəki Dədə Qorqud Meydanında keçirilən tədbirdə ziyalılar, kitabxana işçiləri və gənclər iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, zəngin söz ehtiyatına, gözəl ahəngə malik Ana dilimiz ulu babalardan xalqımıza miras qalmış qiymətli sərvətdir. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olub, ən ağır günlərdə belə xalqımızın milli mənliyini, gələcəyə inamını qoruyub saxlayıb, daha da möhkəmləndirib.

Tədbirdə çıxış edənlər Azərbaycan dilinin bugünkü səviyyəyə gəlib çatmasında, dövlət dili kimi işlədilməsində, dünya dilləri arasında öz layiqli yerini tutmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini önə çəkiblər. Diqqətə çatdırılıb ki, məhz Ulu Öndərin müvafiq Fərmanı ilə 1 avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.

Sonda kitabxananın oxucularının ifasında Ana dilimizə həsr olunan şeirlər söylənilib.

Keçidlər