Home Contact Phone
background
  • Ünvan: AZ 6200, Azərbaycan Respublikası, Zaqatala Rayonu, Car küçəsi 03
  • Faks: (+994 174) 5-22-23
  • E-mail: mail@zaqatala-ih.gov.az

Xəbərlər

  • Birinci rübdə Zaqatalada ümumi məhsul buraxıl...

    Birinci rübdə Zaqatalada ümumi məhsul buraxılışının həcmi 23,2 faiz artıb

    2019-05-06

    Bu ilin birinci rübündə Zaqatala rayonunda ümumi məhsul buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 faiz artaraq 76,5 milyon manat olub. Məhsul buraxılışı sənayedə 49,8 faiz, kənd təsərrüfatında 8,1 faiz, nəqliyyatda 4,4 faiz, rabitədə 5,7 faiz artıb. Birinci rübdə rayonda 4 milyon 343 min manatlıq tikinti-quraşdırma işləri həyata keçirilib. Rüb ərzində 207-si daimi olmaqla, 227 yeni iş yeri açılıb.

  • Zaqatalada Kitab bayramı

    Zaqatalada Kitab bayramı

    2019-05-04

    Azərbaycan qədim dövrlərdən öz yüksək kitab mədəniyyəti ilə seçilib, zəngin kitabxanaları ilə tanınıb. Kitabxanalar xalqımızın milli sərvətidir və bu sərvətin qorunub saxlanmasında, cəmiyyətin intellektual və mədəni potensialının artırılmasında onların rolu əvəzsizdir.

  • Zaqatalalı kümçülərə 1500 qutu ipəkqurdu pa...

    Zaqatalalı kümçülərə 1500 qutu ipəkqurdu paylanılacaq

    2019-05-02

    Builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 12 ton artırılaraq, 60 tona çatdırılması planlaşdırılır. Barama yetişdirilməsi üçün kümçülərə 1500 qutu ipəkqurdu paylanılacaq.

  • Zaqatalada kənd əhalisinin baramaçılığa mara...

    Zaqatalada kənd əhalisinin baramaçılığa marağı artıb

    2019-05-02

    İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Zaqatala rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə müsbət təsir göstərir. Təsadüfi deyildir ki, son illər rayonda baramaçılığa maraq göstərən kümçü ailələrinin sayı xeyli artıb.

  • Zaqatala rayon İcra Hakimiyyətinin başçısı M...

    Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Aşağı Tala kənd sakinləri ilə görüşüb

    2019-05-01

    01.05.2019-cu il tarixdə Aşağı Tala kənd mədəniyyət evində Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə kənd sakinləri ilə görüşüb. Rayonun xidməti təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşə 275 nəfər kənd sakini qatılmışdır. Görüşdə iştirak edən kənd sakinləri özlərini maraqlandıran məsələlər, problem və sosial qayğıları barədə rayon rəhbərini məlumatlandırmış, problemlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqların verilməsini xahiş etmişlər. Kənd sakinləri tərəfində qaldırılan məsələlər əsasən sosial xarakterli, mədəniyyət və təhsil sahələrini əhatə etmişdir.

  • Zaqatalalı arıçı: Subsidiyaların verilməsi a...

    Zaqatalalı arıçı: Subsidiyaların verilməsi arıçılığın inkişafına böyük dəstəkdir

    2019-04-30

    Dövlətin arıçılığa dəstəyinin gücləndirilməsi respublikamızın digər regionları kimi, Zaqatala rayonunda da əhalinin bu gəlirli sahəyə marağının artmasına səbəb olub. Son vaxtlar rayonda arıçılıqla məşğul olanların sayı xeyli artıb.

  • Zaqatalada görkəmli oftalmoloq-alim Zərifə Əl...

    Zaqatalada görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi anılıb

    2019-04-27

    Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın mənalı ömür yolu hər bir azərbaycanlı, elm adamı və tibb işçisi üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

  • Çernobıl qəzasının nəticələrinin aradan qa...

    Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında Zaqataladan 58 nəfər iştirak edib

    2019-04-26

    Dünyanın ən böyük nüvə fəlakəti hesab olunan Çernobıl qəzasından 33 il ötür. 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasının dördüncü blokunda baş vermiş qəza nəticəsində yüzlərlə insanın həyatına son qoyulub, yüz minlərlə insan radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığını itirib, böyük bir ərazi xarabazara çevrilib. Qəzanın nəticələrinin aradan qaldırılması üçün keçmiş sovet respublikalarından yüz minlərlə insan, o cümlədən 7 mindən çox azərbaycanlı cəlb edilib. Bu barədə Çernobıl qəzasının ildönümü ilə əlaqədar aprelin 26-da Zaqatala Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə məlumat verilib.

  • Zaqatalada meşədə silah-sursat tapılıb

    Zaqatalada meşədə silah-sursat tapılıb

    2019-04-26

    Aprelin 25-də Zaqatala Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin şimal-qərb regional mərkəzinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirlər zamanı rayonun Kəbəloba kəndi ətrafında yerləşən meşəlik ərazidə şübhəli bağlama aşkar edilib.

  • Kənd təsərrüfatı naziri Zaqatalada vətənda...

    Kənd təsərrüfatı naziri Zaqatalada vətəndaşları qəbul edib

    2019-04-26

    Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

  • Zaqatalada heyvanlar arasında profilaktik tədbir...

    Zaqatalada heyvanlar arasında profilaktik tədbirlər aparılır

    2019-04-24

    Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

  • Zaqatala rayon İcra Hakimiyyətinin başçısı M...

    Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Zaqatala şəhər sakinləri ilə görüşüb

    2019-04-24

    24.04.2019-cu il tarixdə Zaqtala şəhər Qala düzü ərazisində yerləşən "Xeyir Şər evi"ndə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə şəhər sakinləri ilə görüşüb. Rayonun xidməti təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşə 180 nəfər şəhər sakini qatılmışdır. Görüşdə iştirak edən şəhər sakinləri özlərini maraqlandıran məsələlər, problem və sosial qayğıları barədə rayon rəhbərini məlumatlandırmış, problemlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqların verilməsini xahiş etmişlər.Şəhər sakinləri tərəfində qaldırılan məsələlər əsasən sosial xarakterli, mədəniyyət və təhsil sahələrini əhatə etmişdir.

  • Yaz mövsümündə Zaqatalada 20 hektarda yeni qı...

    Yaz mövsümündə Zaqatalada 20 hektarda yeni qızılgül plantasiyası salınıb

    2019-04-23

    Ənənəvi və ixrac potensialı yüksək sahələrdən olan gülçülüyün inkişaf etdirilməsi Zaqatala rayonunun iqtisadiyyatı üçün prioritet istiqamətlərdən biridir. Ötən il rayonun Aşağı Tala kəndində “AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsinin fəaliyyətə başlaması “Qızılgüllər diyarı” kimi tanınan Zaqatalada gülçülüyün əvvəlki şöhrətinin bərpa edilməsinə öz töhfəsini verməkdədir.

  • Zaqatalalı fermer bu il soya bitkisinin əkin sah...

    Zaqatalalı fermer bu il soya bitkisinin əkin sahəsini iki dəfəyədək artıracaq

    2019-04-23

    Zaqatala rayonunun fermerləri artıq üçüncü ildir ki, soya bitkisinin əkininə maraq göstərirlər. 2018-ci ildə fermerlər 100 hektar soya sahəsindən 194 ton məhsul tədarük ediblər. Soya əkilən sahələrin böyük hissəsi Muxax kənd sakini Abdulla Mahmudovun rəhbərlik etdiyi “Muxax” İstehsal Kooperativinin payına düşüb. Ötən il təsərrüfat sahibi əvvəlcə 45 hektarda soya əkib, 95 ton məhsul tədarük edib. Taxıl biçini başa çatdıqdan sonra fermer 50 hektarda təkrar əkin kimi yenidən soya əkib və hər hektardan 1 ton məhsul götürüb.

  • Prezident Administrasiyasının məsul işçiləri...

    Prezident Administrasiyasının məsul işçiləri rayon vətəndaşlarını qəbul edəcək

    2019-04-23

    25 aprel 2019-cu il tarixdə saat 10:00-da Prezidentinin Administrasiyasının məsul işçiləri Zaqatala rayon İcra Hakimiyyətində vətəndaşların qəbulunu keçirəcək

  • Zaqatala rayonunda buraxılış imtahanları 3 mə...

    Zaqatala rayonunda buraxılış imtahanları 3 mərkəzdə aparılıb

    2019-04-21

    Dövlət İmtahan Mərkəzinin aprelin 21-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Zaqatala rayonunda ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanları başa çatıb.

  • Zaqatala rayon İcra Hakimiyyətinin başçısı M...

    Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Bəhmətli kənd sakinləri ilə görüşüb

    2019-04-20

    20.04.2019-cu il tarixdə Bəhmətli kənd tam orta məktəbində Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə kənd sakinləri ilə görüşüb. Rayonun xidməti təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşə 80 nəfər kənd sakini qatılmışdır. Görüşdə iştirak edən kənd sakinləri özlərini maraqlandıran məsələlər, problem və sosial qayğıları barədə rayon rəhbərini məlumatlandırmış, problemlərinin həlli istiqamətində aidiyyatı qurumlara tapşırıqların verilməsini xahiş etmişlər. Kənd sakinləri tərəfində qaldırılan məsələlər əsasən sosial xarakterli, mədəniyyət və təhsil sahələrini əhatə etmişdir.

  • Zaqatalada fermerlər üçün təlim keçirilib

    Zaqatalada fermerlər üçün təlim keçirilib

    2019-04-19

    Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizlik İnstitutunun mütəxəssisləri tərəfindən Zaqatala rayonunda fermerlərə, torpaq mülkiyyətçilərinə və sahibkarlara fitosanitariya və baytarlıq sahəsində maarifləndirici təlim keçirilib. Təlimdə Zaqatala rayonundan olan fermerlər iştirak edib.

  • Kənd təsərrüfatı naziri Zaqatalada vətənda...

    Kənd təsərrüfatı naziri Zaqatalada vətəndaşları qəbul edəcək

    2019-04-19

    Kənd təsərrüfatı naziri İnam Kərimov aprelin 26-da Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Zaqatala rayonunun sakinləri ilə görüşəcək.

  • Zaqatalada Nəsiminin 650 illik yubileyi silsilə ...

    Zaqatalada Nəsiminin 650 illik yubileyi silsilə tədbirlərlə qeyd olunur

    2019-04-18

    Dahi şair və mütəfəkkir İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olan, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəsinə çevrilən ədəbi irsi dərin köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.

  • Bu il Zaqatalada 649 hektarda tütün yetişdiril...

    Bu il Zaqatalada 649 hektarda tütün yetişdiriləcək

    2019-04-16

    Bu il Zaqatala rayonunun təsərrüfatlarında 649 hektar sahədə tütün əkilməsi planlaşdırılır. Bir neçə gündür ki, fermer təsərrüfatlarında tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. İlk günlər təsərrüfatlarda 15 hektar sahədə yerli tütün sortları əkilib. Aprelin 16-dan başlayaraq “Virciniya” növlü tütün şitillərinin də sahalərə köçürülməsinə start verilib.

  • Bu il Zaqatalada 14 min hektarda yazlıq bitkilər...

    Bu il Zaqatalada 14 min hektarda yazlıq bitkilərin əkini planlaşdırılır

    2019-04-15

    Zaqatala rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini mütəşəkkil davam edir. Bu il rayonda 14 min hektar sahədə yazlıqların əkini nəzərdə tutulur. Məhsul istehsalçıları indiyədək 5,1 min hektarda yazlıq bitkilər əkiblər.

  • Zaqatala rayonu üzrə pulsuz kütləvi tibbi müa...

    Zaqatala rayonu üzrə pulsuz kütləvi tibbi müayinələrdən bu günədək 52 mindən çox sakin yararlanıb

    2019-04-11

    Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, əhalinin pulsuz kütləvi tibbi müayinədən keçirilməsi aksiyası Zaqatala rayonunda da mütəşəkkil qaydada davam edir. Fevralın 12-də başlanan aksiya çərçivəsində bu günədək 52 min nəfərdən çox rayon sakini tibbi müayinədən keçib. Rayonun 61 yaşayış məntəqəsindən 29-da tibbi müayinələr başa çatıb.

  • Zaqatala rayonunda  azot gübrəsinin güzəştli ...

    Zaqatala rayonunda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcəkdir.

    2019-04-09

    Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

  • Zaqatalada istehlaka yararsız heyvan cəmdəklər...

    Zaqatalada istehlaka yararsız heyvan cəmdəkləri aşkar olunub

    2019-04-08

    Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən əldə olunmuş məlumat əsasında Zaqatalada istehlaka yararsız heyvan cəmdəkləri aşkar olunub.

əvvəlki [3] növbəti