Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçusu ölümündən sonra bu fəxri ada layiq görülən mayor Qaflanov Şixamir Oruc oğludur.
Əziz zaqatalalılar! Hər birinizi 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və qarşıdan gələn Yeni il münasibəti ilə səmimi gəlbdən təbrik edirəm. Geridə qoyduğumuz il hər bir azərbaycalı üçün sınaq ili oldu. Bir tərəfdən bütün dünyanı cənginə alan koronavirus pandemiyası adi həyatımızı alt-üst etdi. Bu bəlanın əlindən neçə-neçə ailə sevdiklərini itirdi, həyəcanlı anlar yaşadı və hələdə yaşamaqdadır. 2020-ci ilin bəlasına çevrilən koronavirus yeni ilimizdə İnşAllah tamamilə həyatımızdan çıxar. Digər tərəfdən bu il bizi Vətən Müharibəsi ilə sınağa çəkdi və şükürlər olsun Allaha ki, xalqımız bu sınaqdan üzü ağ, qürurlu, başı dik qalib xalq kimi çıxdı. Təəssüf ki, heç bir qələbə qurbansız, şəhidsiz başa gəlmir. Vətən Müharibəsində qələbəni bizlərə bəxş edən şəhidlərimizin qarşısında baş əyir, onlarla qürur duyur, fəxr edirik. Bu müharibədə Zaqatalamızın 32 igid oğlu Azərbaycanın ərazi bütövlüyü, əzəli torpağımız Qarabağ uğrunda canlarından keçdilər. Şəhidlərimizin ailə üzvlərinə bir daha baş sağlığı verir, ruhlarına uca Tanrıdan rəhmət diləyirəm.
Vətən Müharibəsində Zaqatala rayonu ilk şəhidini verdiyi gündən rayon rəhbərliyi, aidiyyatı qurumlar, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar şəhid ailələrinə maddi və mənəvi dəstəklərini əsirgəməmiş, daim onlara diqqət və qayğı ilə yanaşmışlar. Bu gün də Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə rayon hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə növbəti dəfə Vətən Müharibəsində Azərbaycan torpaqları uğrunda canlarından keçən, qanı və canı bahasına bizlərə zəfər, qələbə sevinci yaşadan rayonun şəhid düşmüş igid oğullarının ailə üzvlərinə baş çəkmişdir. Həmişə olduğu kimi görüşün əsas məqsədi övladlarını, ailə başçılarını, qardaşlarını itirmiş ailələrin sosial vəziyyətlərinin diqqət mərkəzində saxlanılması, mənəvi-psixoloji durumunun yüksəldilməsi, müharibədə doğmalrını itirmiş ailələrin rifah halının daim ölkə prezidenti cənab İlham Əliyevin diqqətində olduğunu və dövlət tərəfindən hər cür dəstəklə əhatə olunduqlarını ailə üzvlərinə çatdırmaq idi.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi o cümlədən Vətən müharibəsinin qələbə ilə başa çatması münasibətilə bir qrup hərbi qulluqçunu təltif etmişdir. Təltif olunanlar arasında rayonumuzdan olan hərbi qulluqçular da var.
Qeyrətli Azərbaycan oğulları doğma Qarabağ torpaqları uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə xalqımızın qəhrəmanlıq tarxinə öz qanları bahasına parlaq səhifələr yazdılar. Müstəqillik tariximizin ən şanlı hadisəsi olan Vətən müharibəsində qələbənin qazanılmasında öz canlarında keçən bütün şəhidlərimiz ilə, o cümlədən Zaqatala şəhidləri ilə fəxr edir və qürur duyuruq. Onların xatirəsi bizim qəlbimizdə həmişə yaşayacaqdır.
Zəfər marşını və qələbə sevincini bizə yaşadan şanlı Azərbaycan ordusu, Azərbaycan əsgərlərinin hər birisi xalqımızım qəhrəmanlarındandır. Vətən üçün vuruşaraq canlarını düşmənə sipər edən hər bir şəhidimiz, əsgərimizlə fəxr edirik, qürur duyuruq. Rayonumuzda cəbhədə vuruşaraq şəhid olmuş igid oğlanlarımız el məhəbbəti, sevgisi ilə son mənzilə yola salınmışdır. Qazilərimizin rayona gəlişi də ictimaiyyət tərəfindən sevinc və coşqu ilə qarşılanmışdır. Torpaq, vətən uğrunda ölməzlik zirvəsinə qovuşan şəhidlərimizin ruhu qarşısında baş əyir, ailəsinə, əzizlərinə baş sağlığı verir, bütün yaralı əsgərlərimizə, qazilərimizə Allahdan şəfa diləyirik.
Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Zaqatala rayonunda sərtləşdirilmiş karantin rejimi qaydalarının yerinə yetirilməsinə nəzarət tədbirləri davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən həyata keçirilən ekoloji tədbirlərin davamı olaraq, dekabrın 6-da Zaqatala rayonunda növbəti payız meşə əkini aksiyası keçirilib. Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin təşkilatçılığı ilə qurumun Danaçı meşəbəyliyinin 1 saylı dolayında təşkil edilən tədbirə ETSN-in əməkdaşları ilə yanaşı, yerli sakinlər də qoşulublar.
Builki mövsümdə Zaqatala rayonunda fındıq bağlarından 15 min 359 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 16 tonadək artıb
Zaqatala Rayon Mərkəzi Xəstəxanasında noyabrın 27-də təşkil edilən növbəti qanvermə aksiyası zamanı 55 nəfər könüllü qan verib.
2020-ci ilin 27 sentyabrından başlayaraq dövlətçilik tariximizin ən şərəfli səhifələri yazıldı, 44 günlük Vətən savaşı Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində qələbə ilə başa çatdı. Noyabrın 10-da Ermənistanın kapitulyasiya aktına imza atması ilə Azərbaycan Vətən müharibəsindəki qələbəsini rəsmiləşdirdi. İşğalçı Ermənistan təslim olmağa məcbur edildi. Bu qələbə Azərbaycanın gücünü və xalqımızın nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu tamamilə işğaldan azad edildi. Azərbaycan Ordusunun nəzarəti altına keçən rayonda Azərbaycanın dövlət bayrağı ucaldıldı və dövlət himni səsləndirildi.
Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Zaqatala rayonunda xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün ciddi nəzarət tədbirləri həyata keçirilir. Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarındakı dəyişikliyə əsasən, noyabrın 7-dən etibarən respublikanın bir sıra şəhər və rayonlarının, o cümlədən Zaqatala rayonunun inzibati ərazisinə giriş-çıxış dayandırılıb.
Zaqatala rayonunun təsərrüfatlarında tütün yığımı yekunlaşmaq üzrədir. Hazırda sahələrdə tütün yarpaqlarının sonuncu dərimi aparılır. İndiyədək rayonda 557,8 ton quru tütün istehsal olunub.
Zaqatala rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 5 min 214 hektarı buğda, 2 min 810 hektarı arpa olmaqla, 8 min 24 hektar sahəyə toxum səpiblər. Cari mövsümdə rayonda 2021-ci ilin məhsulu üçün 11 min hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır.
Azərbaycan Respublikası üzrə 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) ölkə ərazisində heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərini davam etdirir.
İndi bütün dünya Azərbaycanın öz haqq mübarizəsində əldə etdiyi qələbədən danışır. Bu, Azərbaycanın həm cəbhədə, həm də siyasət masasında qazandığı qalibiyyətdir. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında misli görülməmiş bir uğura imza atdı və cəbhədə qazanılan bu qalibiyyət siyasət masasında qazanılan qələbə ilə möhürləndi.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gecə xalqımıza ərməğan etdiyi Şanlı Qələbə xəbəri Zaqatala sakinləri tərəfindən də böyük coşqu ilə qarşılanıb.
Zaqatala rayonunun torpaq mülkiyyətçiləri bu il 3 min 536 hektar sahədə qarğıdalı bitkisi yetişdiriblər. Hazırda təsərrüfatlarda qarğıdalı yığımı yekunlaşmaq üzrədir. İndiyədək 3 min 255 hektar sahənin məhsulu yığılıb, 18,3 min ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 56,2 sentner təşkil edir.
Bu il Zaqatala rayonu üzrə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 32 mindən çox arı ailəsi qeydiyyata alınaraq təsdiq edilib. Hazırda rayonda 1445 təsərrüfatçı arıçılıqla məşğul olur. Arıçılığın inkişafına dövlət dəstəyinin nəticəsidir ki, bu il rayonda arıçılıq təsərrüfatlarının sayı ötən illə müqayisədə 195 təsərrüfat, arı ailələrinin sayı isə 3192 ailə artıb.
Zaqatala rayonunda kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən biri də xurmaçılıqdır. Hazırda rayonda mövcud xurma bağlarının ümumi sahəsi 387 hektardır. Bu bağların 346 hektarı barverəndir. Rayonun xurma bağlarında artıq məhsul yığımına başlanılıb. Builki mövsümdə rayonda xurma istehsalının 7 min tona çatacağı proqnozlaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibə verib. Gərgin iş qrafikində müsahibəyə vaxt tapdığı üçün Cənab Prezidentə təşəkkürünü bildirən jurnalist ilk sualı ötən ayı münaqişənin hərbi-siyasi nizamlanması baxımından necə qiymətləndirildiyi barəsində olub. Müzəffər Azərbaycan Ordusunun döyüş meydanında özünün üstünlüyünü sübut etdiyini və bir ay ərzində işğal edilmiş ərazilərin xeyli hissəsinin azad olunduğunu söyləyən İlham Əliyev ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusunun dünyanın aparıcı 50 ordusu sırasında olduğunu vurğulayıb.
Hazırda davam edən Qarabağ savaşında önəmli məsələlərdən biri də informasiya müharibəsini məqsədəuyğun aparmaqdır. İnformasiya müharibəsi heç də hərbi sahədə aparılan müharibələrdən geridə qalmır. Bəlkə də bəzi məqamlarda daha çox əhəmiyyət kəsb edir. Bu məsələdə sözsüz ki, liderlik ölkənin prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə aiddir. Bir neçə dildə danışa bildiyi üçün dünyanın əksər ölkələrinin aparıcı televiziyalarını, qəzetlərini özünə cəlb edir. İlham Əliyev demək olar ki, hər gün ən azı bir televiziyaya, yaxud qəzetə Ermənistan-Azərbaycan münasibətləri mövzusunda geniş müsahibələr verir. Onun işlək intelektuallığı, hazırcavablığı, mövzuya dərindən vaqif olması müsahibələrində öz sözünü deyir.
Sentyabr ayının 27-dən bu günə qədər davam edən qələbə dolu tarixi zəfər günlərimizdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müxtəlif televiziya kanallarına, qəzetlərə verdiyi müsahibələr yaşadığımız qürur tariximizin özü qədər tarixidir. Bunlardan biri də cənab İlham Əliyevin Fransanın “Figaro” qəzetinə verdiyi müsahibədir. Müsahibənin əvvəlində ölkə başçısı bir daha hərbi əməliyyatlara Ermənistanın başladığını vurğulayaraq bunun üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribatı olduğunu bildirib.
Bu gün Azərbaycanın Erməni işğalçılarına qarşı apardığı İkinci Qarabağ müharbəsi xalqımız üçün Vətən müharbəsidir. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Həm bölgənin tarixi, həm münaqişənin tarixi ilə bağlı Erməni lobbi təşkilatları yanlış məlumat ötürərək daim dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yaratmağa çalışmış və buna nail ola bilmişlər. Bu səbəbdən də torpaqları işğal olunan Azərbaycana qarşı sanksiyalar tətbiq edilmişdir. Dünya ictimaiyyətinə Qarabağ tarixini çatdırmaq üçün son illər ərzində böyük işlər görülmüşdür. Görülən işlər sayəsində məsələ ilə bağlı artıq dünyada daha obyektiv təsəvvür var.