Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada aztəminatlı ailələrə bayram sovqatı çatdırılıb

04 oktyabr 2014 | 15:00

Müqəddəs Qurban bayramı münasibətilə “Meliorasiya və Su Təsərrüfatı” ASC və rayon icra hakimiyyəti tərəfindən Zaqatalada 850 aztəminatlı ailəyə bayram sovqatı çatdırılıb. Rayon icra hakimiyyətinin, yerli icra və bələdiyyə orqanlarının nümayəndələri oktyabrın 4-də şəhid və məcburi köçkün ailələrini, xüsusi qayğıya ehtiyacı olan ahıl, əlil və kimsəsizləri müsəlmanların mənəvi birlik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, bayram sovqatı ilə onları sevindiriblər. Vətəndaşlar göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər