Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlovun təltif edildiyi medal ailəsinə təqdim olunub

19 aprel 2022 | 16:00

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canından keçən Zaqatala rayonunun Aşağı Tala kəndindən olan Vətən Müharibəsi Qəhrəmanı şəhid Valeh Bədəlovun ölümündən sonra təltif edildiyi “Qubadlının azad olunmasına görə” medalı şəhidin atasına təqdim olunub.

Bu münasibətlə şəhid Valeh Bədəlovun adını daşıyan Aşağı Tala kənd 3 saylı tam orta məktəbdə keçirilən “Qəhrəmanların taclandırılması” adlı tədbirdə 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açılıb, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan, şəhidin döyüş yolundan danışılıb.

Sonra məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub. Şəhidin atasına oğlunun Vətən müharibəsində göstərdiyi igidliyə görə təltif olunduğu medal təqdim edilib.

Tədbir iştirakçıları daha sonra şəhid Valeh Bədəlovun məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.

 

Keçidlər