Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyinin qalibi müəyyənləşib

13 aprel 2022 | 16:00

“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin aprelin 13-də Zaqatalada keçirilən rayon mərhələsinin yarışları şəhər 3 saylı tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. Zaqatala rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 35 komanda mübarizə aparıb.

Birinciliyin açılış mərasimində çıxış edənlər aidiyyəti dövlət qurumlarının birgə təşkilatçılığı ilə ənənəvi olaraq keçirilən bu yarışların yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək məqsədi daşıdığını bildiriblər.

Sonra yarışların startı verilib. Əvvəlcə komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. Sonra komandalar estafet mərhələsi üzrə yarışlarda qüvvələrini sınayıblar.

Rayon birinciliyinin qalibi olan Zaqatala şəhər 3 saylı tam orta məktəbin komandası, eyni zamanda, Oğuz rayonunda keçiriləcək zona mərhələsində iştirak etmək hüququ qazanıb. Danaçı kənd 1 saylı və Əliabad qəsəbəsi 3 saylı tam orta məktəblərin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Keçidlər