Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada şəhid Natiq Mahmudovun xatirəsi anılıb

27 dekabr 2021 | 16:00

Qırx dörd günlük Vətən müharibəsində igidliyi ilə tarix yazan qəhrəman oğullardan biri də Zaqatala rayonunun Muxax kəndindən olan şəhid Natiq Mahmudovdur.

 Şəhidin ili ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

Natiq Mahmudov 1998-ci il fevralın 2-də Zaqatala rayonunun Muxax kəndində anadan olub. O, 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2017-ci ildə hərbi xidməti başa vurub. Natiq Mahmudov Vətən müharibəsində noyabrın 5-də Şuşa döyüşləri zamanı ağır yaralanıb. Uzun müddət Respublika Neyrocərrahiyyə Xəstəxanasında komada qalıb. Dekabrın 26-da şəhid olub. Zaqatala rayonunun Muxax kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Natiq Mahmudov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.

Keçidlər