Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada çay məcraları təmizlənir, suvarma kanalı çəkilir

13 dekabr 2021 | 16:00

Rayon ərazisində əkin sahələrinin suvarılmasında istifadə olunan torpaq məcralı kanallar da lildən təmizlənib. Ümumilikdə idarə tərəfindən bu il suvarma kanallarında 424,8 min kubmetr lildən təmizləmə işləri aparılıb. Bundan başqa, su itkisinin qarşısının alınması və minimuma endirilməsi məqsədilə kanallara beton üzlük çəkilib ki, bu da suvarma suyunun su istifadəçilərinə itkisiz çatdırılması deməkdir. Belə kanallardan biri də hazırda rayon ərazisindən keçən Qandax kanalıdır. Hazırda kanalın beton üzlüyə alınması işləri davam edir.

Zaqatala Suvarma Sistemləri İdarəsi rayon ərazisindən axan mövcud çaylarda selə qarşı mübarizə tədbirləri çərçivəsində çay yataqlarının təmizlənməsi və sahilbərkitmə işlərinin görülməsini həyata keçirir. Bu günə qədər Muxax çay sistemi üzrə 510,7 min kubmetr, Tala çay sistemi üzrə 149,2 min kubmetr, Katex çay sistemi üzrə 25 min kubmetr, Bəkməz çay sistemi üzrə 81,4 min kubmetr, Micqar çay sistemi üzrə isə 21,5 min kubmet məcra təmizləmə işləri aparılıb.

Qeyd edək ki, bu il Zaqatala Suvarma Sistemləri İdarəsi tərəfindən suvarma kanallarında, o cümlədən çay məcralarında görülən işlərlə yanaşı, rayon ərazisindən axan və sel təhlükəsi yaradan çayların sağ və sol sahillərində daş-beton bəndlərin quraşdırılma işləri də davam etdirilib.

Keçidlər