Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada şəhid Orxan Cumayevin xatirəsi anılıb

02 noyabr 2021 | 16:00

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından biri də Zaqatala şəhərindən olan əsgər Orxan Cumayevdir. Noyabrın 2-si şəhidin şəhadətə yüksəlməsinin bir ili tamam olur.

Şəhidin ili ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıb, ruhuna dualar oxuyublar.

Orxan Cumayev 2000-ci il yanvarın 14-də Zaqatala şəhərində anadan olub. O, 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib. Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan Orxan Cumayev Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib, oktyabrın 8-də şəhid olub. Zaqatala şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. Döyüşlərdə göstərdiyi igidliyə görə Orxan Cumayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Keçidlər