Şriftin ölçüsü :

Saytın rəngi :

İslam Rəhimovun uğuru hər bir Zaqatalalını sevindirdi..

18 avqust 2021 | 16:00

Ölkəmizdə aparılan uğurlu idman siyasətinin nəticəsi olaraq daha bir gənc idmançımızın uğur qazandı.
  17 avqust 2021 ci il tarixində  Latviyanın paytaxtı Riqa şəhərində  təşkil olunmuş Cüdo idman növü üzrə  yeniyetmələr arası Avropa birinciliyində  həmyerlimiz, Zaqatala rayon Mosul kənd sakini Cüdo üzrə milli yığmanın üzvü İslam Rəhimov   55 kq çəki dərəcəsində finalda Erməni əsilli Rusiyalı idmançı Samvel Mxitaryanı məğlub edərək Avropa birincisi tituluna sahib olub və daha bir beynəlxəlq yarışda Azərbaycanın üçrəngli bayragını dalğalandırmağa  və himnimizi səsləndirməyə müvəffəq olub.
Biz də öz növbəmizdə idmançımızı təbrik edir və ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Keçidlər