Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunda II ixtisas qrupu üzrə qəbul imtahanları başa çatıb

15 iyul 2021 | 16:00

Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 15-də  Zaqatala şəhərində keçirdiyi II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb.

İmtahanların keçirilməsi üçün  Zaqatala rayonunda  2 mərkəz ayrılıb. Qəbul imtahanları  Zaqatala şəhər 1 nömrəli və Qazangül  tam orta məktəblərində təşkil olunub.

Pandemiya dövrünün tələblərinə uyğun olaraq, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binalarına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib.

Zaqatalada keçirilən qəbul imtahanında isə 348 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına isə 5 imtahan rəhbəri və 38 nəzarətçi müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün 29 otaq ayrılıb.

Keçidlər