Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada yol polisi əməkdaşları gənclərlə görüşüblər

03 iyul 2021 | 16:00

Zaqatala Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə rayonun Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  bildiriblər ki, pandemiya qaydaları çərçivəsində təşkil edilən görüşdə gənclərə “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzusunda ətraflı məlumat verilib. Diskussiya şəraitində keçirilən tədbirdə cari il ərzində ölkə, eləcə də rayon ərazisində piyadaların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri barədə ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər