Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun “Azərbaycan Silahlı Qüvvələri Günü”

26 iyun 2021 | 16:00

26 iyun tarixində “Azərbaycan Silahlı Qüvvələri Günü” münasibətilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində Zaqatala Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin birgə təşkilatçılığı ilə tədbir kieçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı, hüquq-mühafizə orqanları rəhbərləri, şəhidlərimizin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbir, ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdirilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mübariz Əhmədzadə Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirmişdir ki, Azərbaycan Dövlət Quruculuğunun mühüm nailiyyətlərindən biri Respublikamızın Silahlı Qüvvələrinin yaradılmasıdır.
Tədbirdə Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazi və iştirakçılarına medallar təqdim olunmuşdur.

Keçidlər