Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala məktəbliləri rayondakı Heydər Əliyev Mərkəzini ziyarət edirlər

06 may 2021 | 16:00

Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə Zaqatala məktəbliləri rayondakı Heydər Əliyev Mərkəzini ziyarət edirlər. Əsas məqsəd dahi şəxsiyyətin zəngin irsi ilə yaxından tanış olmaqdır.

Ekskursiyalar zamanı məktəblilərə Heydər Əliyevin zəngin və mənalı ömür yolu barədə ətraflı məlumat verilir, Ümummilli Liderin Vətən və xalq qarşısındakı tarixi xidmətləri bir daha xatırlanır. Məktəblilər Mərkəzin ekspozisiya zalı ilə, Ulu Öndərə dair sənədlər və kitablarla tanış olurlar. Diqqətə çatdırılır ki, dahi rəhbərin bizlərə ərməğan etdiyi müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, ölkəmiz gündən-günə çiçəklənir, dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.

Ekskursiyaların sonunda Ümummilli Liderə həsr olunan film nümayiş etdirilir.

Mərkəzlə tanışlıq zamanı pandemiya dövrünün tələblərinə, o cümlədən tibbi maskadan istifadə, sosial məsafənin qorunması və digər davranış qaydalarına ciddi şəkildə riayət olunur.

Məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları mayın 17-dək davam edəcək.

Keçidlər