Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada 9565 hektardan çox sahədə yazlıq bitkilər əkilib

05 may 2021 | 16:00

Zaqatala rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 9565,3 hektar sahədə yazlıq əkin həyata keçiriblər. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 71,8 hektar çoxdur.

Məhsul istehsalçıları indiyədək 1530 hektarda kartof, 1834 hektarda tərəvəz, 2204 hektarda dən üçün qarğıdalı, 557 hektarda bostan bitkiləri, 103 hektarda dənli və dənli paxlalılar, 18 hektarda soya, 4 hektarda isə günəbaxan əkib, 3123 hektara yonca səpiblər.

Rayonda tütün əkini də mütəşəkkil davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 192,3 hektar sahəyə tütün şitilləri köçürüblər.

 

Keçidlər