Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada Talaçayın sahilində yeni yaşıllıq zolağı salınıb

15 aprel 2021 | 16:00

Yaşıllıqların artırılması və ekoloji mühitin yaxşılaşdırılması məqsədi ilə Zaqatala rayonunda yaşıllaşdırma tədbirləri davam etdirilir. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə şəhərin Saleh Qocayev küçəsinin yaxınlığında, Talaçayın sağ sahilində bir hektardan çox ərazidə yeni yaşıllıq zolağı salınıb.

Torpağın münbitləşdirilməsi məqsədilə yaşıllıq zolağının salınacağı sahədə bir aydan çoxdur hazırlıq işləri görülür, ərazi texnikanın köməyi ilə daş-kəsəkdən, kol-kosdan, ağac qırıntılarından təmizlənir.

Aprelin 15-də keçirilən ağacəkmə aksiyası zamanı əraziyə yerli iqlim şəraitinə uyğunlaşdırılmış 600-dək müxtəlif növ ağac əkilib. Yeni əkilən ağaclara qulluq olunub, suvarılıb. Aksiyada yüzdən çox rayon sakini iştirak edib.

 

 

Keçidlər