Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada şəhid ailələrinə bayram sovqatı çatdırılıb

19 mart 2021 | 16:00

Şanlı zəfərlə başa çatan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni-yeni səhifələr yazıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində əzəli Qarabağ torpaqlarımızın birdəfəlik erməni faşizmindən azad edilməsinə nail olub. Ərazi bütövlüyümüz uğrunda başlanan savaşda Zaqatalanın qəhrəman oğulları da rəşadətlə vuruşub, şəhidlər veriblər. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur.

Qarabağ uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Zaqatala rayonunda da hər zaman ehtiramla anılır. Novruz bayramı ərəfəsində Zaqatala Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və digər dövlət qurumlarının rəhbərləri Vətən müharibəsində canlarını qurban vermiş qəhrəman oğulların məzarlarını ziyarət edib, şəhidlərin əziz xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.

Rayon rəhbərliyi şəhid ailələrinin üzvləri ilə görüşərək onların qayğı və problemləri ilə maraqlanıb. Novruz bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı təqdim edilib. Eyni zamanda, rayon ərazisində yerləşən hərbi hissələrdə xidmət keçən əsgər və zabitlərə də bayram xonçaları çatdırılıb.

 

Keçidlər