Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada şəhid anaları ziyarət olunub

09 mart 2021 | 16:00

Zaqatala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə I Qarabağ müharibəsində şəhid olmuş Zəfər Murtuzəliyevin, Aprel döyüşlərinin şəhidi Sərxan Bayramovun və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Rəsul Süleymanovun analarını ziyarət ediblər.

Görüşlərdə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açılıb, xalqımızın qəhrəman övladları ilə hər zaman fəxr etdiyi xüsusi vurğulanıb. Mərkəzin direktoru Famil Rəhimov Vətənini, xalqını ürəkdən sevən, müqəddəs amallar uğrunda canlarından keçən belə qəhrəman övladlar yetişdirdiklərinə görə şəhid analarının qarşısında hər zaman baş əydiklərini vurğulayıb.

Şəhid anaları onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər