Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada yeni yaşıllıq zolaqları salınacaq

05 mart 2021 | 16:00

Yaşıllıqların artırılması və ekoloji mühitin yaxşılaşdırılması məqsədilə Zaqatala rayonunda yaşıllaşdırma tədbirləri davam etdirilir. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə şəhərin Saleh Qocayev küçəsinin yaxınlığında, Talaçayın sağ sahilində bir hektar ərazidə yeni yaşıllıq zolağının salınması üçün hazırlıq işləri görülür.

Martın 5-də keçirilən iməcilik zamanı torpağın münbitləşdirilməsi məqsədilə ərazi texnikanın köməyi ilə daş-kəsəkdən, kol-kosdan, ağac qırıntılarından təmizlənib. Ərazidə yerli iqlimə uyğunlaşdırılmış ağaclar əkiləcək.

Keçidlər