Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada yazlıq bitkilərin əkininə başlanılıb

04 mart 2021 | 16:00

Zaqatala rayonunun təsərrüfatlarında cari ilin məhsulu üçün yazlıq bitkilərin əkininə başlanılıb. Torpaq mülkiyyətçiləri qısa müddətdə 1274 hektar sahədə yazlıq əkin həyata keçiriblər. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 hektar çoxdur.

Məhsul istehsalçıları indiyədək 541 hektarda kartof, 412 hektarda tərəvəz bitkiləri əkib, 321 hektara yonca səpiblər. Apreldə isə qarğıdalı, tütün və paxlalıların əkininə başlanılacaq.

Eyni zamanda, hazırda rayonun taxılçılıq təsərrüfatlarında əkin sahələrinə aqrotexniki qulluq işləri də davam etdirilir, sahələrə yemləmə gübrəsi verilir, zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilir.

Keçidlər