Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il Zaqatalada 1648 uşaq dünyaya gəlib

03 mart 2021 | 16:00

Son bir ildə Zaqatala rayonunda əhalinin sayı 700 nəfərədək artaraq, 2021-ci il yanvarın 1-i vəziyyətinə 130 min 487 nəfər olub. Əhalinin 64 min 460 nəfərini və ya 49,4 faizini kişilər, 66 min 27 nəfərini və ya 50,6 faizini qadınlar təşkil edir.

Ümumi əhalinin 32 min 993 nəfəri və ya 25,3 faizi şəhər, 97 min 494 nəfəri və ya 74,7 faizi kənd yerlərində yaşayanlardır.

2020-ci ildə Zaqatala rayonunda 1648 uşaq dünyaya gəlib. Doğulan uşaqların sayı əvvəlki illə müqayisədə 210 nəfər azalıb. Hər gün orta hesabla 5 körpə doğulub. Son bir ildə rayonda 961 ölüm halı qeydə alınıb. Ötən il rayon Qeydiyyat şöbəsi tərəfindən Zaqatalada 433 nikah və 190 boşanma halı rəsmiləşdirilib.

Keçidlər