Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki-Zaqatala bölgəsində qonaq evləri ilə bağlı layihəyə start verilib

01 mart 2021 | 16:00

Şəki-Zaqatala bölgəsində yerli və xarici turistləri qəbul edən kənd qonaq evlərinin siyahıya alınması və qiymətləndirilməsi ilə bağlı layihəyə start verilib.

Regionda fəaliyyət göstərən Turizm İnformasiya mərkəzlərinin və Dövlət Turizm Agentliyinin “Turizm Könüllüləri” Təşkilatının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində yerlərdə olan gecələmə obyektlərinin potensialı öyrənilir və qiymətləndirilir. İstifadəyə yararlı qonaq evlərinin turizm marşrut xəritəsinə salınması planlaşdırılır. Eyni zamanda, standartlara cavab verməyən, lakin önəmli marşrut xətti üzərində yerləşən qonaq evlərində şəraitin yaxşılaşdırılması üçün subsidiyaların ayrılması nəzərdə tutulur.

Keçidlər